TƏDBİR FORMATLARI

42885072_2051226685208162_8710905068901105664_o

Business Networking Night

Bu tədbir növündə 100-ə yaxın sahibkar, rəhbər və menecer bir araya gəlir. Müxtəlif şəbəkələşmə oyunları vasitəsilə sinerji yaradılır, şirkətlərin dəstəyi ilə viktorinalar keçirilir. Adətən tədbir dəvət olunmuş spikerin çıxışı ilə yekunlaşır.

39105123_2391457317798397_7824145681219584000_o

İşgüzar Şahmat Turniri

Turnir il ərzində 3 dəfə keçirilir. Şahmatı sevən iş adamlarını bir yerə toplayaraq, onları vahid maraq ətrafında birləşdiririk. Belə olduğu zaman daha qalıcı əlaqələrin yarandığına inanırıq.

37612799_1994804820850349_3964404309134671872_o (1)

Dəyirmi Masa

Dəyirmi masada 10-12 nəfər iştirakçı, 1 moderator və 1 ekspert iştirak edir. Ekspert iştirakçılarla seçilmiş mövzunu müzakirə edir və öz təcrübəsini bölüşür.

coffee

Seminarlar

Adətən iş saatlarından sonra baş tutur, müxtəlif mövzularda müzakirələrdən və sərbəst şəbəkələşmədən ibarətdir.

Bizimlə əlaqə

LinkedinInstagramYouTube
Facebook qrupumuza qoşulun

Ünvan

Ceyhun Hacıbəyli küçəsi, 116

İş Saatları

Bazar ertəsi – Cümə 09:00 – 18:00

Mobil nömrə

+994 55 206 58 55

Email

contact@majlis.network